Piyadalara yol verməyən sürücülərə XƏBƏRDARLIQ EDİLDİ
- 27.10.2021, 15:11,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyadalara yol verməyən sürücülərə xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin Telexeber.az-a verdiyi məlumata görə, aparılan müşahidələr baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur.
Onun sözlərinə görə, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir: “Hər bir sürücü piyadalara münasibətdə qanunvericiliyin tələblərinə uyğun rəftar etməlidir. A. Ələsgərli bildirib ki, sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya və yol ayırıcından sağa və sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə, bu, inzibati məsuliyyət yaradır.
“Sürücülər unutmamalıdır ki, “Yol Hərəkəti Haqqında Qanun” onların üzərinə hadisədən maksimum yayınmaq üçün öhdəlik qoyub. Yəni, sürücünün idarəetmədə diqqəti olduqca önəmlidir. Sürücüləri bu tələblərə əməl etməyə və bədbəxt hadisələrə zəmin yaratmamağa çağırırıq. Kiçik bir diqqətsizlik sürücünün həyatını zülmətə çevirə bilər. Qaydalara əməl edək, özümüzü bədbəxt hadisələrdən qoruyaq", - deyə o vurğulayıb.