Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA

Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMAUşaqları koronavirus infeksiyasından qorumaq üçün rejimlərinə, düzgün qidalanmalarına diqqət etməliyik.

Telexeber.az bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin rəsmi "Instagram" hesabında qeyd edib.
Onun sözlərinə görə, qış fəslinə daxil olduğumuz aylarda uşaqlarda immunitet zəifləməsi baş verir: "Bu, təhsil müəssisələrinin açıldığı dövrə təsadüf etdiyindən, təmaslar da çox olur. Uşaqları qorumaq üçün düzgün, balanslı qidalanmaları təmin edilməlidir. Mədə-bağırsaq sisteminin və yuxu rejiminin pozulmasının qarşısı alınmalıdır.

Eyni zamanda, ailə mühiti qənaətbəxş olmalıdır. Uşaqlar stressə mümkün qədər az məruz qalmalıdırlar. Körpələr 6 aya qədər müstəsna ana südü ilə qidalanmalı, sonralar isə qida əlavələri ilə yanaşı, ana südü də verilməlidir".
Популярный ролик