Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Mütəxəssislər tərəfindən yumşaldılmalardan sonra yoluxmalarda artım olacağı ilə bağlı proqnoz verilmişdi.
Pandemiyanın ilk vaxtlarından fərqli olaraq indi əhali arasında viurusla mübarizə təcrübəsi daha da artıb. Demək olar hər kəs koronavirusa yoluxanda hansı dərmanlardan istifadə etmək, hansı analizləri vermək lazım olduğunu bilir. Koronavirusa yoluxanların minimum nə qədər xərci çıxır bu barədə hesablama aparmağa çalışdıq.
Telexeber.az bildirir ki, yeniavaz.com müalicə üçün istifadə olunan dərmanların, analizlərin və tibb xidmətlərinin qiymətlərini araşdırıb.
Əvvəlcə COVID-19-a yoluxmuş şəxslərin evdə müalicəsi ilə bağlı TƏBİB-in məlumatları ilə tanış olaq.
COVID-19 xəstələrin evdə müalicə sxemi belədir:
Arbidol 200 mg x 3 dəfə 10 gün – qiyməti 13 manat
Vit C tablet 1000 mg x 4 dəfə 10 gün – qiyməti 15 manat
Vit D 20 mg/2000 günaşırı 2 ay – qiyməti 15 manat
Zink 25 mg 1 dəfə 10 gün – qiyməti 10 manat
Asetilsistein 600 mg gündə 1 dəfə; - qiyməti 15 manat
Temperatur ≥37.5 olarsa:
Azitromisin 500 mg x 1 dəfə ilk gün, 250 mg gündə 1 dəfə 4 gün; - qiyməti 8 manat
Paracetamol 500 mg gündə maximum 4 dəfə (hərarət olduqda) – qiyməti 4 manat
Və xəstələrə vurulan “sistem” və antibiotiklər – qiyməti 120 manat
Bundan başqa demək olar bütün xəstələr KT-yə (Kompüter Tomoqrafiyası) müraciət edir. KT-nin qiyməti 100 manat arasında dəyişir.
Tibb xidmətinin xərci isə əsasən tibb bacılarının xidmətinə görə verilir. Paytaxtda vurulan “sistem”in qiyməti 30 manat civarındadır. Bir xəstə minimum 20 “sistem” vurulursa, bunun qiyməti 600 manat edir.
Yuxarıda yuvarlaq yazdığımız qiymətlərin toplamı 900 manat edir.
Qeyd edək ki, dərmanlar, "sistem", antibiotiklərin sayı və qiyməti ilə bağlı rəqəmlər ümumi hesablanmışdır.