Azərbaycan Ordusunun giziri bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
- 03.12.2021, 11:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.
Bu barədə Telexeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - nazirlikdən bildirilib.