Qarabağda quraşdırılacaq seysmik stansiyaların sayı açıqlanıb
- 07.12.2021, 10:48,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Bu il beynəlxalq qrant layihəsi çərçivəsində alınmış 22 seysmik stansiya respublika ərazisinə gətirilib. Onlardan 3-ü artıq quraşdırılıb".
Telexeber.az xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, hazırda digər seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.
Q.Yetirmişdi qeyd edib ki, 2025-ci ilə qədər 10 seysmik stansiyanın Qarabağda quraşdırılması nəzərdə tutulub və müvafiq şərait yaranan kimi bu işlərə başlanılacaq.