Qaydaları pozan daha bir nəfər toyda cərimələndi
- 07.01.2022, 11:58,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ötən gün 7 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Telexeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ötən gün 64 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 63 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.