Axtarışda olan 74 nəfər saxlanılıb
- 13.01.2022, 12:42,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 96 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 74 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.