Abşeron 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
- 21.01.2022, 11:09,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeronda 40 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.
Telexeber.az-a rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 19-u saat 14 radələrində rayonun Ceyranbatan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.