Ərəblərin növbəti "ov macərası": Bu dəfə Tovuzda - VİDEO
- 25.01.2022, 11:20,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən həftə sosial şəbəkədə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə “Bəzgək” ovlamaları ilə bağlı məlumat yayılmışdı. Sözügedən iddia ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova açıqlama verərək, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilidiyini, lakin heç bir qanunsuz ov aparılması faktının aşkar edilmədiyini bildirmişdi.
Telexeber.az “qafqazinfo”ya istinadən xəbər verir ki, “ecofront” səhifəsi sözügedən məsələni növbəti dəfə gündəmə gətirərək, həmin ərazidə ov edən ərəblərin görüntülərini yayıb.
İddia olunub ki, ərəblərin iştirakı ilə lentə alınmış görüntülər Tovuzda ov düşərgəsində çəkilib. Əcnəbi qonaqlar ovlanması qadağan olunan “Bəzgək” ovlayıblar.
Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri “Binthaninayef” adlı instaqram hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini qeyd edib. Məlumata görə, ərəblər artıq Azərbaycanı tərk ediblər və fotoları da bundan sonra paylaşıblar.
https://ok.ru/video/3406566525546