Qubada ikimərtəbəli ev yandı
- 26.01.2022, 10:34,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Qubada evdə yanğın hadisəsi baş verib.
Telexeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, rayonun Bərğov kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 226 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ikimərtəbəli ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.