Şəmkir şəhəri, S.Əsgərova küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Telexeber.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində qısa zamanda yanğın söndürülərək daha geniş sahəyə yayılmasına, habelə bitişik evə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan kürsülü, birmərtəbəli üçotaqlı evin 2 otağının, dam örtüyünün yanar konstruksiyaları 100 kv.m. sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.