Yaşayış yerlərini tərk edən COVID xəstələri SAXLANILDI
- 10.02.2022, 09:22,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Kürdəmir və Sabirabad rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən Telexeber.az-a verilən məlumata görə, Kürdəmir rayonu Atakişili kənd sakini M.Əliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Sabirabadda isə eyni əməli rayon sakini N.Adışov törədib.
Faktlarla bağlı araşdırmalar aparılır.