SOCAR-da I vitse-prezidentlərin sayı 2-yə çatdırılıb
- 11.02.2022, 08:34,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Prezident İlham Əliyev “Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanında dəyişiklik edib.
Telexeber.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Neft Şirkətində (SOCAR) I vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb. Beləliklə, şirkətin rəhbərliyində təmsil olunan şəxslərin sayı 14-dən 15-ə yüksəlib. Bunlar prezident, 2 I vitse-prezident və 12 vitse-prezidentdir.