Mingəçevirdə qadın qohumunun evindən 20 min manatlıq qızıl oğurlayıb
- 15.02.2022, 09:23,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Mingəçevir şəhərində qadın qohumunun evindən 20 min manatlıq qızıl oğurlayıb.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-dən 12-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, Qazax rayon sakini N.Binnətova saxlanılıb.
Araşdırma aparılır.