Ötən gün daha 54 nəfər şənliyə buraxılmayıb

Ötən gün daha 54 nəfər şənliyə buraxılmayıbÖtən gün toylara görə daha 3 nəfər cərimələnib, 54 nəfər şənliyə buraxılmayıb.

Telexeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, fevralın 14-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 174 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 172 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 54 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Популярный ролик