AZAL İordaniyaya reys aça bilər

AZAL İordaniyaya reys aça bilərBu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə görüşüb.

Bu barədə Telexeber.az-a AZAL-dan məlumat verilib.
Görüşdə Azərbaycan ilə İordaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq, iki ölkə arasında hava əlaqəsinin yaradılması imkanları müzakirə edilib.

C.Əsgərov qeyd edib ki, Bakı ilə Amman arasında uçuşların yerinə yetirilməsinə 2020-ci ilin may ayının sonunda başlanılmalı idi və bu barədə müvafiq razılıq 2019-cu ilin dekabr ayında əldə edilmişdr. Lakin COVID-19 pandemiyasının yayılması bu planların həyata keçirilməsinə mane olub.

Onun sözlərinə görə, birbaşa reyslərin açılması ölkələr arasında dostluq əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycan və İordaniya sahibkarları üçün bütün sahələrdə, o cümlədən ticarət və turizm sahəsində yeni imkanlar yaradacaq.

Səfir yeni reysin hər iki ölkə vətəndaşları üçün böyük maraq doğuracağına və ölkələr arasında mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Популярный ролик