Dermatoloq: "Saçların tökülməsi əksər hallarda streslə əlaqədardır"

Dermatoloq: "Saçların tökülməsi əksər hallarda streslə əlaqədardır""Saçların tökülməsi əksər hallarda streslə əlaqədardır".

Telexeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, dermatoloq Mir-Riad Cavadzadə deyib.
Onun sözlərinə görə, saç tökülməsinin və dırnaqların qırılmasının səbəbləri çoxdur: "Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmamazlığını ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin antibiotiklərin həkim məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə bütün orqanizmə mənfi təsir göstərir".
Популярный ролик