Saleh Məmmədov Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olub

Saleh Məmmədov Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olubAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinə baxış keçirib.

Telexeber.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, o, həmçinin layihə çərçivəsində inşa edilən tunel və avtomobil körpülərinin tikintisi ilə tanış olub, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlar verib.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürür, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. I texniki dərəcəli yolun uzunluğu 81,6 km-dir.

Yol boyu 7 tunel tiklir. Qazma işləri bir neçə tuneldə artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır.

Yolua tunellərin inşası ilə yanaşı yol boyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur.

4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metrdir. Yolun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Saleh Məmmədov Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olub
Saleh Məmmədov Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olub
Saleh Məmmədov Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olub
Saleh Məmmədov Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə tanış olub
Популярный ролик