Xaçmazda 4 otaqlı ev yandı
- 12.04.2022, 08:53,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Xaçmaz rayonunun Şollar kəndində evdə yanğın olub.
Telexeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.