Bu il Azərbaycanda 33 üçəm doğulub
- 15.04.2022, 15:35,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.
Bu barədə Telexeber.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20462 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub.
Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.