Azərbaycanda qaz istehlakı artdı
- 20.04.2022, 09:35,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4,8 mlrd. kub metr təşkil edib.
Telexeber.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilir ki, bu ilin yanvar-mart aylarında ötən ilin analoji dövrü ilə müqayisədə qaz istehlakı 9,3% artıb.
Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3%-ə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib.