Aktrisalara qırmızı dodaq boyası qadağan edilib? - Nazirlikdən AÇIQLAMA

Aktrisalara qırmızı dodaq boyası qadağan edilib? - Nazirlikdən AÇIQLAMABəzi KİV-lərdə Mədəniyyət Nazirliyi teatrlarda aktrisalara qırmızı dodaq boyasından, dikdabandan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyması ilə bağlı xəbərlər yayılıb.

Telexeber.az Unikal.org-a istinadən verdiyi xəbərə görə, bağlı Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu, nazirliyin strukturunda çalışan inzibati işçilər üçün tətbiq olunan geyim qaydalarıdır.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir, o cümlədən dövlət qulluqçularının xidməti davranışı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Adıçəkilən Qanunda etik davranış qaydalarına dair ümumi müddəalar müəyyən edilməklə yanaşı, həmin etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı davranış mexanizmi və qaydaların işlənib hazırlanması səlahiyyəti dövlət orqanlarına həvalə edilir. O ki qaldı geyimlə bağlı tələblərə, Qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün “dress-kod” müəyyən edirlər.

Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb".
Популярный ролик