Azərbaycanlılar nəhəng yük gəmisini bilərəkdən batırıb? - ŞOK İDDİA / FOTO

Azərbaycanlılar nəhəng yük gəmisini bilərəkdən batırıb? - ŞOK İDDİA / FOTOTunisdə bu ay batan “Xelo” adlı gəminin heyət üzvləri - 4 türk, 2 azərbaycanlı və 1 gürcü həbs edilib.

Telexeber.az Röyters agentliyinə istinadən xəbər verir ki, buna səbəb gəminin heyət üzvləri tərəfindən bilərəkdən batırılmasına dair şübhələrin olmasıdır. İddialara görə, heyət üzvləri sığorta şirkətlərindən pul ala bilmək üçün yük gəmisini bilərəkdən batırıb. Məlumata görə, qəzadan sonra aparılan araşdırmalar zamanı gəminin yük yerində neft olmadığı məlum olub. Heyət üzvləri isə gəmidə 1000 ton neft olduğunu irəli sürmüş, hadisəyə tankerdə olan partlayışın səbəb olduğunu bildirmişdi. Araşdırma qrupu gəmidə partlayış əlamətlərinə də rast gəlməyib. Məhkəmənin qərarına görə, heyət üzvləri araşdırma başa çatana qədər həbsdə olacaq.
Qeyd edək ki, Ekvatorial Qvineya - Malta marşrutu üzrə üzən gəmi bu ay Tunisin Qabes sahillərində batıb. Heyət üzvləri isə xilas edilib.
Azərbaycanlılar nəhəng yük gəmisini bilərəkdən batırıb? - ŞOK İDDİA / FOTO
Популярный ролик