Azərbaycanda aqrar sektor 4 %-ə yaxın böyüyüb
- 18.05.2022, 08:07,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 685,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
Telexeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % çoxdur.
Son 2 ayda istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri illik müqayisədə 14,8 % artaraq 145,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8 % artaraq 1 540 milyon manat təşkil edib.