Qadınları cinsi istismara məruz qoyan şəxs həbs edilib
- 19.05.2022, 09:43,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyədə yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq, Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.
Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən Q.Ədilova Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.