Bakıda məktəbdə şagird BIÇAQLANDI - Saxlanılan var
- 19.05.2022, 11:10,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.
Telexeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.