Tanınmış jurnalist sirkə turşusu içib ZƏHƏRLƏNDİ - FOTO
- 19.05.2022, 11:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.
Telexeber.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu trend-ə bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə gətirilib. "Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - E.Hidayətoğlu bildirib.
Jurnalistin sirkə turşusu içməsinin səbəbi açıqlanmır.
Xatırladaq ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.