"AGBank", “Amrah Bank” və "Atabank"ın əmlakları hərraca çıxarılır
- 20.05.2022, 10:41,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" və “Amrah Bank” ASC-lərin, iyunun 8-də isə "Atabank" və “Amrah Bank” ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.
Telexeber.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət "AGBank"a məxsus "Wincor Nixdorf ProCash 8050" markalı 1 bankomatdan, “Amrah Bank”a məxsus "Wincor Nixdorf Cineo C2550" markalı 1 bankomatdan, eləcə də "Atabank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 251B ünvanında yerləşən 189,1 kv.m-lik qeyri-yaşayış sahəsindən və "Amrah Bank"a çəxsus "D-Tech" markalı 1 requlyatordan gedir. Əmlaklara müvafiq olaraq 10 000 manat, 11 000 manat, 380 000 manat və 1 200 manat qiymət qoyulub.