Füzulidə 23 yaşlı gənc minaya düşüb
- 29.05.2022, 13:04,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayevin çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli rayon prokurorluğundan Telexeber.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Xəyal Abdullayevin rayonun Gorazıllı kəndi ərazisində minaya düşməsi nəticəsində xəsarətlər alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.