Bərdədə 20 yaşlı oğlan atasını ÖLDÜRDÜ
- 31.05.2022, 13:09,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Mayın 29-u saat 23 radələrində Bərdə rayonu, Mirzəcəfərli kənd sakini 1970-ci il təvəllüdlü Bulud Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Telexeber.az-a Bərdə rayon prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bulud Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kənan Fərzəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.