Nərimanovda usta 5-ci mərtəbədən yıxılıb öldü
- 31.05.2022, 13:11,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Mayın 30-da Bakının Nərimanov rayonunda 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan Telexeber.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən olunub ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə istintaq hərəkətləri davam etdirilir.