Azərbaycanda məktəbli qızı ərə verdilər: DİN hərəkətə keçdi
- 02.06.2022, 08:42,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Qəzli kəndindıə 9 -cu sinifdə oxuyan qıza toy edilib. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, 1-2 həftəyə də oğlan toyu olacaqmış.
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:
"Vaxt təyin olunan toy mərasimin keçirilməsinin qarşısı alınıb. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaqdır".