Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Telexeber.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şossesi - Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər
2. Binəqədi şossesi - Azadlıq prospekti metro stansiyasının yanından başlayaraq Biləcəri-Baksol yoluna qədər sıxlıq
3. Moskva prospekti - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq
4. Rövşən Cəfərov küçəsi - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində
5. Ziya Bünyadov prospekti - Müzəffər Həsənov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
6. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində, eyni zamanda Ceyhun Səlimov küçəsi ilə kəsişmədən, Qələbə dairəsinə qədər olan hissəsində sıxlıq
7. Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
8. Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməyədək sıxlıq
9. 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
10. Heydər Əliyev prospekti - Koroğlu metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq
11. Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq
12. Dilarə Əliyeva küçəsi - Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər sıxlıq