Təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği ARTIB

Təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği ARTIBSon 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Telexeber.az-a bildirilib ki, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib.
Bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir.

2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb.

Ünvanlı sosial yardımla üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.
Популярный ролик