Şəhid övladı rəis müavini təyin edildi
- 10.06.2022, 08:28,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Telexeber.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsinin Cinayət -Axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov Göygöl RPŞ-nın Sarısu bölməsinə rəis müavini təyin edilib.
Qeyd edək ki, S.Əsgərovun atası Xəzanı Əsgərov 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub.