Pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 2,7 mlrd. manatdan çox vəsait ödənilib
- 10.06.2022, 11:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 2 mlrd. 717 mln. manat vəsait ödənilib.
Bu barədə Telexeber.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,8% və ya 198 mln. manat çoxdur.
Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.