Azərbaycan Qran-prisinin qalibi: “İnanılmaz temp var idi”
- 13.06.2022, 10:29,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Bu gün avtomobildə inanılmaz tempimiz var idi”.
Telexeber.az xəbər verir ki, bu sözləri “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi Maks Ferstappen deyib.
“Red Bull”un pilotu Bakı trasındakı qələbəsini şərh edib: “Bolidin balansından çox məmnunam. Komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdığımız üçün, həqiqətən də, xoş gündür”.
Qeyd edək ki, Azərbaycan Qran-prisində Serxio Peres (“Red Bull”) ikinci, Corc Rassell (“Mercedes”) isə üçüncü yeri tutub.