Yanvar-may aylarında 30 minədək şəxsə əlillik təyin edilib
- 13.06.2022, 10:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 30 minədək şəxsə əlillik təyin edilib.
Telexeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Onlardan 8 600-ü ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.
Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.