Azərbaycanda toya hazırlaşan cütlük qəzaya düşdü - Oğlan öldü / FOTO
- 13.06.2022, 10:33,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ötən gün Şəki şəhərində baş verən yol qəzası barədə bəzi təfərrüatları məlum olub.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, Holavar kəndində "Mersedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.