Pensiyalar sabah tam ödəniləcək
- 13.06.2022, 10:52,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Telexeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.