Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 96%-dan çox artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 96%-dan çox artıbAzərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ilin yanvar-may ayları 7 mln. ton yük, 1 720,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Telexeber.az-a verilən məlumata görə, hesabat dövründə 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 14%, sərnişin daşınmasında isə 96,2% artım müşahidə olunub.



“Orta hesabla sutkada 294 vaqon yüklənib, 371 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,2 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.
Популярный ролик