Novxanıda naməlum şəxs dənizdə batıb
- 21.06.2022, 08:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Novxanıda dənizdə şəxsiyyəti müəyyən olunmayan bir nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Telexeber.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.