Mərkəzi Bank və Dünya Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 04.07.2022, 10:09,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde ilə görüşüb.
Telexeber.az xəbər verir ki, bu barədə Taleh Kazımov özünün tviter hesabında yazıb.
"Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq."-o qeyd edib.