Bugünkü imtahandan 6 nəfərdə mobil telefona görə xaric olunub
- 06.07.2022, 14:16,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zaman 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə Telexeber.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.