"Yeni klinika"ya baş həkim təyin olunan Cavid Paşayev kimdir? - DOSYE
- 15.07.2022, 13:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə “Yeni klinika” tibb müəssisəsinə baş həkim vəzifəsinə təyinat olub.
Telexeber.az yeni təyinat alan Cavid Paşayevin dosyesini təqdim edir:
C.Paşayev təyinatına qədər Bakı Sağlamlıq Mərkəzində Anesteziya və əməliyyat şöbəsinin müdiri, baş həkimin müavini vəzifəsində çalışıb.
O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Əmək fəaliyyətinə 2005-2007-ci illər ərzində Kliniki Tibbi Mərkəzdə başlayıb. 2009-cu ildən 2010-cu ilə qədər Avrasiya Klinikasında həkim-anestezioloq, 2011-ci ildən 2014-cü ilə qədər isə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq- reanimatoloq olaraq çalışıb.
Daha sonra fəaliyyətini Azərbaycan Tibb Universitetinin Anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi davam etdirib.
Qeyd edək ki, “Yeni Klinika”nın əvvəlki direktoru Pərviz Abbasov rüşvət ittihamı ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Klinikanın direktor postu 2021-ci ilin aprelindən boşdur.