"Qarabağ"ın oyunundan sonrakı mətbuat konfransına giriş üçün maska tələbi QOYULDU
- 19.07.2022, 14:26,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" (İsveçrə) oyunundan sonra keçiriləcək mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.
Telexeber.az "Qarabağ"ın rəsmi səhifəsinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.