Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanıb
- 21.07.2022, 11:54,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün saat 10:00-dan etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində hərəkət bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.
Bu barədə Telexeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, buna səbəb Şamaxı rayonu istiqamətində aparılacaq təmir işləridir.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.