Küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA
- 22.07.2022, 14:06,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Artıq günlərdir ki, ölkədə küləkli hava şəraiti hökm sürür.
Telexeber.az-ın sorğusuna cavab olaraq Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında həftəsonunadək davam edəcək:
"Şimal-qərb küləyinin maksimal sürəti 15-20, bəzi yerlərdə 23-28 m/s olacaq. Bölgələrdə də bu gün gündüz şimal və qərb rayonlarından başlayaraq 25-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yarağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək. Gözlənilən yağışla əlaqədar çaylarda sululuğu artması ehtimalı var" .