X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb
- 15.08.2022, 14:31,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

15 avqust saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Təhsil Nazirliyindən Telexeber.az-a verilən xəbərə görə, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.
Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.