Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri vətəndaşı qəbul edib
- 18.08.2022, 12:45,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov vətəndaşı qəbul edib.
Bu barədə Telexeber.az-a qurumdan məlumat verilib.
Qəbulda vətəndaşın elektrik enerjisi şəbəkəsinə qoşulma ilə bağlı müraciəti dinlənilib və nəzarətə götürülüb.
AERA-da sədrin qəbulu hər həftənin çərşənbə günü həyata keçirilir. Eyni zamanda vətəndaşların müraciətləri “Çağrı Mərkəzi” (012) 974), telefon müraciət xidməti (598-16-53/54/55), eləcə də
[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbul edilir.